Modern.az

Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib: ölən və yaralananlar var

Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib: ölən və yaralananlar var

Dünya

21 Avqust 2025, 10:37

Avqustun 21-nə keçən gecə Rusiya hərbçiləri raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynaya kütləvi aviazərbələr endirib.

Modern.az UNİAN-a istinadən xəbər verir ki, hücum zamanı Lvov şəhəri vurulub.

Şəhər meri Andriy Sadovyi bildirib ki, bir nəfər ölüb, üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta ağırdır. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti zərbələr nəticəsində fərdi evlərə, qeyri-yaşayış binalarına və nəqliyyat vasitələrinə ziyan dəydiyini bəyan edib. Yanğınlar baş verib və təcili yardım xidmətləri tərəfindən söndürülüb.

Ötən gecə Lvovdan başqa, Ukraynanın Zakarpatya vilayətinin Mukaçevo şəhəri də vurulub. Regional hərbi administrasiyanın rəhbəri Myroslav Biletski zərbələr nəticəsində 12 nəfərin yaralandığını  bildirib. Mukaçevo şəhər şurasının məlumatına görə, Rusiyanın zərbələrinin hədəfi mülki müəssisə olub. BBC Ukrayna Xidmətinin məlumatına görə, bu, Amerika elektronika şirkətinin zavodudur.

Rusiya hərbçiləri Zaporojyeyə də iki dəfə zərbə endirib, sənaye infrastrukturu obyektlərinə və yaşayış binalarına ziyan vurub. Regional hərbi idarənin rəisi İvan Fedorov bildirib ki, itki yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...