2026-cı ildə NATO Zirvəsi 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte açıqlayıb.
Qurumun qərargahının mətbuat xidmətinin məlumatına görə, Mark Rutte deyib:
“Bu mühüm görüşə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm.
Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqidir və ümumi təhlükəsizliyimizə əvəzsiz töhfə verir.
Növbəti sammitimizdə liderlər NATO-nun daha güclü, daha ədalətli və effektiv alyans olması, təhlükəsizliyimizin üzləşdiyi mühüm çağırışlara cavab verməyə hazır olması üçün fəaliyyətini davam etdirəcək”, - baş katib bildirib.
Türkiyə sonuncu dəfə 2004-cü ildə İstanbulda NATO sammitinə ev sahibliyi edib.