Modern.az

Türkiyə Ukraynaya qoşun göndərə bilər

Türkiyə Ukraynaya qoşun göndərə bilər

Dünya

21 Avqust 2025, 18:53

Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərilməsini istisna etmir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

 

"Türkiyə bölgəsində sülh və sabitlik yaradan, bu istiqamətdə bütün təşəbbüslərə töhfə verməyə çalışan bir ölkədir. Bununla belə, əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs yaradılmalı, ardınca mandat və hər bir ölkənin prosesə nə qədər töhfə verə biləcəyi müəyyənləşdirilməlidir. Hələ konkretləşməmiş proqnozlar əsaslanaraq qiymətləndirmə aparmaq doğru olmaz", - sözçü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama