Modern.az

NATO-nun baş katibi Kiyevə gəlib

NATO-nun baş katibi Kiyevə gəlib

Dünya

22 Avqust 2025, 17:14

“Hazırda biz Ukrayna üçün təhlükəsizlik təminatının müəyyənləşdirilməsi üzərində işləyirik”.

Modern.az xəbər verir ki, bu barədə Kiyevdə olan NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.

"Bu etibarlı təhlükəsizlik təminatları mühüm rol oynayacaq. Ona görə də biz indi onların müəyyənləşdirilməsi üzərində işləyirik”, - Rutte bildirib

Zelenski qeyd edib ki, o, Rutte ilə xüsusilə də müharibənin başa çatması üçün təhlükəsizlik məsələləri ilə bağlı danışıb.

"Birincisi təhlükəsizlik zəmanətləridir. Bütün tərəfdaşlarımızla birlikdə biz Amerika Birləşmiş Ştatları ilə mühüm anlaşma əldə etmişik. Birləşmiş Ştatlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmağa hazırdır. Və biz ilk dəfədir ki, belə hazırlığa nail oluruq", - o qeyd edib.

Prezidentin sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının konkret yerinə yetirilməsi ilə bağlı danışıqlar hazırda təhlükəsizlik müşavirləri, hərbçilər və bütün komandanlıqların diplomatları səviyyəsində gündəlik olaraq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama