Modern.az

Markov da Şuşa Forumuna görə “qara siyahı”ya SALINIB - FOTO

Markov da Şuşa Forumuna görə “qara siyahı”ya SALINIB - FOTO

Dünya

23 Avqust 2025, 10:55

Tanınmış politoloq Sergey Markovun Rusiyada “xarici agent”lər siyahısına daxil edilməsi ilə bağlı bir sıra detallar məlum olub. 

Modern.az-ın məlumatına görə, onun "qara siyahı"ya salınmasının səbəbi Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumunda iştirak etməsi olub.

Belə ki, iyulun 19-da Xankəndi şəhərində III Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyev forumda iştirakçıların suallarını cavablandırıb.

Markov Forumda jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev müasir dövrün ən təcrübəli liderlərindən biridir. "O, qalib ölkəyə rəhbərlik edir. Dünyada müharibədə qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən o qədər də çox dövlət yoxdur. Bir çox dünya liderləri bu qələbənin sirrini anlamaq və bu təcrübəni mənimsəmək istəyərdilər".

“Kommersant”ın Rusiya prezident administrasiyasındakı mənbəsi də məlumatı təsdiqləyib. Mənbə bildirib ki, Markovun xarici agentlərin reyestrinə salınması iyulda keçirilən forumla əlaqəlidir.

Xatırladaq ki, Forumda iştirak edən TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman da tədbirdən sonra vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rusiyada hər hansı şəxs və ya təşkilatın “xarici agent” siyahısına salınması onun dövlət tərəfindən xüsusi reyestrə daxil edilməsi deməkdir. Bu statusu alan şəxslər bütün çıxış və yazılarında adlarının yanında “xarici agent” qeydini göstərməyə məcburdur və maliyyə hesabatlılığı ilə bağlı əlavə öhdəliklər daşıyır. Qanun pozuntusu halında isə onlar cərimə və cinayət məsuliyyəti ilə üzləşə bilər. Ekspertlərin fikrincə, bu status həm də ictimaiyyətdə həmin şəxslərin “xarici təsir altında olduğu” təəssüratını yaratmaq məqsədi daşıyır.

1457043

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama