Modern.az

Türkiyə Ukraynaya qoşun GÖNDƏRƏCƏK

Türkiyə Ukraynaya qoşun GÖNDƏRƏCƏK

Dünya

23 Avqust 2025, 20:22

Türkiyə ən azı müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Ankara, həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbçilərin göndərilməsi imkanını da nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində bildirib.

 

“Mən elə dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşmüşəm, çox gözəl söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Türkiyə tərəfi dənizin minalardan təmizlənməsi ilə yanaşı, yerüstü minalardan təmizlənmədə iştirakını da nəzərdən keçirir”, - deyə səfir bildirib.

 

N.Cəlal əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”.

 

Ukrayna Prezidenti Volodimir Zelenski də Türkiyənin təhlükəsizlik zəmanətində iştirak etməyə hazır olduğunu bəyan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama