Modern.az

İranda antiterror əməliyyatı - 6 nəfər zərərsizləşdirildi

İranda antiterror əməliyyatı - 6 nəfər zərərsizləşdirildi

Dünya

24 Avqust 2025, 10:08

İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib.

 

Modern.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.

 

Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.

 

Qeyd olunub ki, terror qrupu Şərqi İranda "kritik obyekt"i hədəf almağı planlaşdırırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama