Modern.az

Rusiyada 10 turist İTKİN DÜŞDÜ

Rusiyada 10 turist İTKİN DÜŞDÜ

Dünya

24 Avqust 2025, 13:23

Rusiyanın Saxalin vilayətində yerləşən İturup adasında Baranski vulkanı ərazisində 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə kəsilib.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, axtarış üçün xilasedicilər, polis əməkdaşları və yerli administrasiya qüvvələri cəlb olunub.

 

Axtarışda Qornoye və Qoryaçie Klyuçi qarnizonlarından hərbçilər də iştirak edir.

 

Axtarış zamanı turistlərdən biri – xəsarət almış qadın aşkar edilib. Onun qalan qrup üzvləri ilə birlikdə olmadığı, düşərgədə qaldığı bildirilib. Yaralı Kurilsk şəhərinə aparılır. Digər 9 nəfərin axtarışları isə davam edir.

 

Məlum olub ki, itkin düşən turistlər bölgənin sakinləri deyil və yürüş barədə rəsmi qurumlara məlumat verməyiblər. Qaydalar üzrə onlar marşrut və vaxt barədə əvvəlcədən xəbərdarlıq etməli idilər.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama