Modern.az

Yəməndə daşqınlar - Ölənlərin sayı artır

Yəməndə daşqınlar - Ölənlərin sayı artır

Dünya

24 Avqust 2025, 15:49

Yəmənin 4 vilayətində baş verən güclü sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, həyatını itirənlərin sayı 7-yə çatıb, onlardan 5-i uşaqlardır.

 

Məlumata görə, Şəbvə, Hadramevt, Lahic və Həccə vilayətlərində yağan leysan yağışları güclü selə səbəb olub.

 

Lahicin Tuben rayonunda baş verən seldə 1 nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində bir sıra evlər dağılıb.

 

Ölkənin Meteorologiya və Xəbərdarlıq Mərkəzi qarşıdakı saatlarda da intensiv yağışların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Sizə yeni x var
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı