Modern.az

Kanadadan Ukraynaya 1 milyard dollarlıq hərbi yardım

Kanadadan Ukraynaya 1 milyard dollarlıq hərbi yardım

Dünya

24 Avqust 2025, 16:48

Kanada Ukraynaya hərbi yardım paketi təqdim edəcək.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Kiyevdə Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

 

Qeyd edilib ki, bu yardımın həcmi 1 milyard dollardan çox olacaq. Baş nazir bildirib ki, ayrılan vəsait Ukraynanın arsenalını gücləndirmək üçün dronların, sursatların və zirehli texnikanın tədarükünə sərf ediləcək. Bu, Kanadanın Kiyevə əvvəlcədən vəd etdiyi 2 milyard dollarlıq əlavə yardım paketinin tərkib hissəsidir.


Mark Karni əlavə edib ki, yeni hərbi texnika və sursatların Ukraynaya göndərilməsi artıq gələn ay həyata keçiriləcək. Onun sözlərinə görə, bu addım Ukraynanın müdafiə imkanlarını gücləndirməyə yönəlib və Kanada bundan sonra da Kiyevə dəstəyini davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama