Modern.az

Donbas istiqamətində müsbət dinamika var - Zelenski

Donbas istiqamətində müsbət dinamika var - Zelenski

Dünya

24 Avqust 2025, 17:45

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Donbas istiqamətində uğurlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Kiyevdə Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransı zamanı bildirib.

 

Zelenski qeyd edib ki, təfərrüatları daha sonra Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski təqdim edəcək.

 

"Müstəqillik Günündə əsgərlərimizə ayrıca təşəkkür etmək istərdim. Onların uzaq məsafədən zərbələrdə çox yaxşı nəticələri var, hamı bunu görür. Və bu gün Donbasda çox müsbət nəticələr əldə etdik", - Ukrayna lideri əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama