Modern.az

Fransa ilə daha bir ölkə arasında GƏRGİNLİK

Fransa ilə daha bir ölkə arasında GƏRGİNLİK

Dünya

25 Avqust 2025, 08:06

ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə mübarizənin kifayət qədər aparılmaması ilə bağlı respublika hakimiyyətini tənqid etdikdən sonra Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

 

Bildirilib ki, Fransa ABŞ səfirinin bu ittihamlarını qətiyyətlə rədd edir. “Onlar beynəlxalq hüquq normalarına, xüsusən də Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında təsbit olunmuş dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir”, - bəyanatda qeyd olunur.

 

Xatırladaq ki, bundan əvvəl İtaliyanın səfiri Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama