Qəzzanın cənubunda yerləşən Nasser xəstəxanasına zərbə endirilib.
Modern.az-ın məlumatına görə, xəbəri "Əl-Cəzirə" və "Reuters" agentlikləri yayıb.
Məlumata görə, İsrailin hücumu nəticəsində azı 15 nəfər həlak olub. Ölənlər arasında jurnalistlər də var.
İsrail Müdafiə Qüvvələri hadisə ilə bağlı rəsmi açıqlama verməyib. "The Times of Israel" nəşri adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirib ki, İsrail Xan Yunisdəki Nasser xəstəxanasına hava zərbələri endirməyib.
"Əl-Cəzirə" iki jurnalistin öldürüldüyünü bildirib. Daha sonra ölən jurnalistlərin sayının dördə çatdığı bildirilib. Ölənlər arasında "Reuters" agentliyinin operatoru Hossam əl-Masri də var. Məhəmməd Salama, Məryəm əbu Daqa və Moaz əbu Taha adlı jurnalistlərin də həlak olduğu bildirilir.