Modern.az

Putin Pezeşkianla danışdı: görüşəcəklər

Putin Pezeşkianla danışdı: görüşəcəklər

Dünya

25 Avqust 2025, 15:30

Rusiya prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib. Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlik davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.

İkitərəfli gündəliyin bir sıra cari məsələləri, o cümlədən enerji və nəqliyyat sektorları müzakirə edilib.

İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərə də toxunulub.

Vladimir Putin və Məsud Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...