Modern.az

Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq

Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq

Dünya

25 Avqust 2025, 17:32

Xristian Demokratik Birliyinin lideri və Almaniyanın kansleri Fridrix Merts Avropa Komissiyasının sədri Ursula fon Der Leyenin 2027-ci il seçkilərində ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Şpigel” nəşri Almaniya hökumətindəki mənbələrə istinadən yazıb.

Hökumətin son iclasında Merts 2027-ci ildə ölkənin prezidentliyi dövründə ilk dəfə bir qadının ali vəzifəyə seçilə biləcəyini bildirib. Nəşrin məlumatına görə, kansler bu rolda Ursula fon Der Leyeni görür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...