Modern.az

Buna çox əsəbiləşirəm - Tramp

Buna çox əsəbiləşirəm - Tramp

Dünya

25 Avqust 2025, 21:34

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna və Avropa liderləri ilə görüşdən sonra təkrar telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlayıb.

 

"Onunla etdiyim hər söhbət yaxşı müzakirədir. Sonra təəssüf ki, Kiyevə, ya da harasa bomba atılır və mən buna çox əsəbiləşirəm. Düşünürəm ki, biz müharibəni bitirəcəyik. Bu, çətin işdir”, - deyə Tramp bildirib.

 

O əlavə edib ki, Putinin Alyaskaya getməsi müharibəni bitirmək istəyinin ən böyük göstəricisidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...