Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi ədavətə görə görüşmək istəmir.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Elə insanlar var ki, mən onları sevmirəm və onlarla görüşmək istəmirəm. Əslində, onlar da bir-birlərini sevmirlər”, - o deyib.
Amerika lideri əlavə edib ki, şəxsi münasibətlərdəki bu çətinliyə baxmayaraq, o, prosesi sonlandırmaq niyyətindədir.