Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) daha bir qalmaqallı istefa yaşanıb.
Modern.az-ın məlumatına görə, Ardahan Göle Bələdiyyə Başçısı Gökhan Budak CHP-dən istefa verib.
"Xalqıma daha sərbəst və daha təsirli şəkildə xidmət etmək arzumdur", - o bildirib.
Qeyd edək ki, Gökhan Budak 31 mart 2024-cü ildə keçirilən seçkilərdə CHP-dən Gölə Bələdiyyə Başçısı seçilib.
Bununla da avqust ayında CHP-dən istefa verən bələdiyyə sədrlərinin sayı 5-ə yüksəlib.