ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.
Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, bu barədə o, Cənubi Koreyalı həmkarına görüş zamanı bildirib.
"Düşünürəm ki, siz dünya sülhü məsələlərinə bu qədər maraq göstərən və faktiki olaraq irəliləyiş əldə edən ilk prezidentsiniz", - Li Çje Myon deyib.
“Ona görə də ümid edirəm ki, siz Koreya yarımadasında sülh bərqərar edəcəksiniz... və Kim Çen Inla görüşəcəksiniz”.
Cənubi Koreya prezidenti əlavə edib ki, “sülhməramlı rolunu oynamaq” istəsə, Trampı fəal şəkildə dəstəkləyəcək.
“ABŞ prezidenti Şimali və Cənubi Koreya arasında 1953-cü ildə atəşkəslə başa çatan Koreya müharibəsindən sonra texniki olaraq müharibə vəziyyətində qalan gərginliyi həqiqətən həll edə biləcək yeganə şəxsdir”, - Li Çje Myon deyib.
"Mən bunu edəcəyəm və bizim danışıqlarımız olacaq. O, mənimlə görüşmək istərdi. Onunla görüşü səbirsizliklə gözləyirik və münasibətlərimizi yaxşılaşdıracağıq", - Tramp bildirib.
Trampla görüşdən sonra Li Çje Myon deyib ki, Şimali Koreya indi öz imkanlarını genişləndirdiyi üçün ildə 10-20 nüvə silahı istehsal etmək gücündədir.