Modern.az

Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir

Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir

Dünya

26 Avqust 2025, 16:43

Ukrayna Nazirlər Kabineti hökumətin bu gün keçirləcək iclasında 18-22 yaş arası kişilər üçün dövlət sərhədini keçməyin yeni qaydalarını təsdiq edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Yuliya Svırıdenkonun hesabatından sonra özünün Telegram kanalında bildirib.

"Bu gün hökumətin iclasında 18-22 yaş arası kişilərin dövlət sərhədindən keçmə qaydaları yenilənəcək", - Ukrayna lideri qeyd edib.

Zelenskinin sözlərinə görə, bütün detallar artıq hərbi komandanlıqla razılaşdırılıb. O, əmin edib ki, yaxın vaxtlarda müvafiq imkanlar işə salınmalıdır.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Ehtiyatlar Şurasının sədri İvan Timoçko bildirmişdi ki, 18-22 yaş arası kişilər üçün sərhədi keçmə qaydalarının yenilənməsi gəncləri Ukraynadan qaçmamağa təşviq etmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu yolla hakimiyyət gənc ukraynalılarla ünsiyyət axtarır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım