Modern.az

Mən Karapetyandan şəxsən xahiş etdim ki... - Sarkisyan

Mən Karapetyandan şəxsən xahiş etdim ki... - Sarkisyan

Dünya

27 Avqust 2025, 10:40

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan biznesmen Samvel Karapetyandan “Ermənistan Elektrik Şəbəkələri” şirkətini almasını şəxsən xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə Sarkisyan jurnalistlərə danışıb.

Sarkisyan deyib ki, Samvel Karapetyan uzun müddət şirkətə gəlir güdmədən investisiya yatırıb. O, hökumətin şikrkəti milliləşdirmə strategiyasını tənqid edib və bunu 2026-cı il parlament seçkiləri öncəsi siyasi addım kimi dəyərləndirib.

Xatırladaq ki, iyunda baş nazir Nikol Paşinyan şirkəti enerji böhranı yaratmaqda ittiham edib. Ardınca Karapetyan hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda ittiham olunaraq həbs edilib, parlament isə şirkət in milliləşdirilməsinə imkan verən qanun qəbul edib. Stokholm Arbitraj Məhkəməsi bu addımı qanunsuz sayıb. Şirkət Ermənistanda 1 milyondan çox istehlakçını elektriklə təmin edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı