Modern.az

Qərbin Ukrayna planı açıqlandı: üç xətt müdafiə qurulacaq - DETALLAR

Qərbin Ukrayna planı açıqlandı: üç xətt müdafiə qurulacaq - DETALLAR

Dünya

27 Avqust 2025, 11:29

Qərb ölkələri Ukraynaya müharibədən sonrakı dövr üçün təhlükəsizlik planı hazırlayıblar.

Modern.az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazıb.

Plana görə, Ukraynada üç xətt müdafiə sistemi qurulacaq.

Birinci xətt neytral ölkələrin sülhməramlıları tərəfindən qorunan demilitarizasiya zonası olacaq. Onun arxasında NATO tərəfindən təchiz və təlim görmüş Ukrayna qoşunları yerləşdiriləcək. Daha dərin zonada isə Avropa dövlətlərinin qüvvələri olacaq, ABŞ isə onlara kəşfiyyat və hava hücumundan müdafiə sahəsində dəstək göstərəcək.

Bununla belə, ABŞ hərbçilərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxır. Tramp administrasiyasının rəsmiləri, o cümlədən müdafiə naziri Pit Heqset planın effektivliyinə şübhə ilə yanaşır.

Avropalı rəsmilər isə etiraf edirlər ki, bu plan yalnız ABŞ dəstəyi ilə həyata keçirilə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı