Modern.az

Daşqınlar 30 nəfərin həyatına son qoydu

Daşqınlar 30 nəfərin həyatına son qoydu

Dünya

27 Avqust 2025, 13:12

Cammu və Kəşmirdə davamlı yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində azı 30 nəfərin həyatını itirdiyi bildirilir.

Modern.az xəbər verir ki, yağışlar ərazidəki infrastruktura da ciddi zərər verib, körpülər dağılıb, elektrik dirəkləri aşıb və telekommunikasiya xətləri sıradan çıxıb. Eyni zamanda, dəmir yolu və avtomobil nəqliyyatının işində də problemlər yaranıb, bəzi yollar bağlanıb, qatar reysləri dayandırılıb. Xilasetmə əməliyyatları zamanı 3500 sakin təhlükəsiz yerlərə təxliyə edilib.

Cənubi Asiya regionunda davam edən musson yağışları Hindistan, Pakistan və digər ölkələrdə ciddi fəsadlar yaradıb. Pakistanda son 30 gün ərzində sel və daşqınlar nəticəsində 800-dən artıq insan, Hindistanın Himaçal Pradeş əyalətində isə təqribən 300 nəfər həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı