Modern.az

Ərdoğan Putinlə görüşəcək

Ərdoğan Putinlə görüşəcək

Dünya

27 Avqust 2025, 14:22

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində görüşməsi ehtimalı var, lakin bunun tamhüquqlu danışıqlar olub-olmayacağı hələ məlum deyil.

Modern.az xəbər verir ki, bunu türk diplomatik mənbə RİA Novosti-yə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük ehtimalla 1 sentyabrda Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putin də gələn həftə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək.

"Liderlər arasında şəxsi münasibətləri nəzərə alsaq, görüş, salamlaşma və "ayaq üstə" söhbət imkanı var. Lakin bunların tamhüquqlu danışıqlar olub-olmayacağı hələ məlum deyil", - agentliyin mənbəsi liderlərin Çində danışıqlarının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı