Tayvanın şimal-şərq sahillərində dənizdə 6 maqnitudalı zəlzələ baş verib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, zəlzələ Tayvanın paytaxtı Taypeydə binaların qısa müddətli titrəməsinə səbəb olub. Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin ocağı İlan qəzasından təxminən 20 km məsafədə yerləşib.
Hazırda dağıntılar barədə məlumat yoxdur.