Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.
Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Ədliyyə Departamenti açıqlama yayıb. Hadisə zamanı 20 nəfərin də xəsarət aldığı bildirilir. Ölənlərin və cinayəti törədən şəxsin kimliyi barədə məlumat verilməyib.
Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.