Modern.az

Amerikada bayraqlar yarıya endirildi

Amerikada bayraqlar yarıya endirildi

Dünya

27 Avqust 2025, 23:42

ABŞ Prezidentİ Donald Tramp Ağ Ev, bütün ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.

 

Modern.az-ın məlumatına görə, bu addım avqustun 27-də Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş zorakılıq aktının qurbanlarına hörmət əlaməti olaraq atılıb. Həmçinin, əmrə əsasən ABŞ-ın xaricdəki səfirlik və konsulluqlarında və digər nümayəndəliklərin binalarında bayraqlar yarıyadək endirilib.

 

Qeyd edək ki, katolik məktəbinə silahlı hücum zamanı 8 və 10 yaşlı 2 şagird ölüb, 14-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı