Modern.az

İrəli, Qarabağ! İrəli, Azərbaycan! - İsrail səfiri

İrəli, Qarabağ! İrəli, Azərbaycan! - İsrail səfiri

28 Avqust 2025, 10:17

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Krausz “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik edib.

Modern.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

Oyunu stadionda izləyən R.Krausz bildirib: 

“Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi. Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!”

Xatırladaq ki, İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri R.Krausz ötən ay Azərbaycana gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu