Modern.az

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb - PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb - PAŞİNYAN

Dünya

28 Avqust 2025, 14:19

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın qüvvədən düşdüyünü bildirib.

Modern.az xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, indi İrəvanla Bakı arasında bütün müzakirələr avqustda Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq.

Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”: “9 noyabr 9 noyabrda qaldı”.

Xatırladaq ki, bundan əvvəl 2024-cü ilin mayında Nikol Paşinyan bəyan edib ki, üçtərəfli bəyanatın heç bir bəndi artıq qüvvədə deyil. Rusiya isə razılaşmanın qüvvədə olduğunu iddia edir.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj