Modern.az

3 ölkədən Rusiyaya etiraz

3 ölkədən Rusiyaya etiraz

Dünya

28 Avqust 2025, 20:58

Litva, Estoniya və Latviya Xarici İşlər Nazirlikləri Kiyevə amansız hücumdan sonra bu ölkədəki Rusiya diplomatik nümayəndələrini çağırıblar.

 

Modern.az xəbər verir ki, Rusiyanın müvəqqəti işlər vəkili və səlahiyyətli nümayəndələrinə etiraz notaları təqdim edilib.

 

"Putinin Alyaskadakı görüşdə iştirakı yeni sanksiyalardan qaçmaq üçün sadəcə ikiüzlü bir vasitə idi. Amma göz qabağındadır ki, 31 raket və 598 hücum dronu ilə sülhə nail olmaq mümkün deyil", - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

 

Litva Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiyanın sülh danışıqlarında iştirakı yalnız əlavə ərazilər üçün vaxt udmaq və yeni sanksiyalardan yayınmaq məqsədi daşıyır.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj