Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib
"Şübhəlinin ilk ifadəsi var. Hazırda bu qətlin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində növbəti təxirəsalınmaz istintaq hərəkətləri aparılır", - dövlət başçısı əlavə edib.
Parubiy avqustun 30-da Lvov rayonlarından birində öldürülüb. Qeyd olunub ki, qatil kuryer adı altında cinayət yerindən qaça bilib.