Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.
Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.
***
09:02
Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib.
Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.
Dağıntılar 250 nəfərin həyatına son qoyub. Çoxlu sayda yaralıların olduğu bildirilir.