Modern.az

ABŞ Avropanı Hindistana təzyiqlərə qoşulmağa çağırır

ABŞ Avropanı Hindistana təzyiqlərə qoşulmağa çağırır

Dünya

1 Sentyabr 2025, 14:32

ABŞ Avropa ölkələrindən Hindistana sanksiyalar tətbiq etməyi, o cümlədən bütün neft və qaz tədarükünün tamamilə dayandırılmasına razılıq verməyi istəyib.

Modern.az xəbər ki, bu barədə Axios portalı məlumat yayıb.

Oxşar məlumatı India Today mənbələri də təqdim edib. Mətbuatda yayılan məlumatlara görə, Vaşinqton administrasiyası Avropanın da ABŞ kimi Hindistandan gələn mallara əlavə rüsumlar tətbiq etməsini istəyir.

Ağ Ev rəsmiləri hesab edirlər ki, bəzi Avropa liderləri açıq şəkildə Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləyir, lakin eyni zamanda, gizli şəkildə Alyaskada keçirilən Rusiya-Amerika sammitinin nəticələrini “qeyri-bərabər” etməyə çalışırlar. Ağ Evin adı açıqlanmayan yüksək rütbəli rəsmisi Axios-a deyib: “Avropalılar bu müharibəni uzada bilməz və Amerikanın xərcləri öz üzərinə götürəcəyini gözləyərkən əsassız gözləntilərə haqq qazandıra bilməzlər”.

Avqustun 27-də ABŞ-ın Hindistandan idxala 25 faiz əlavə rüsum tətbiq edib. İndi Hindistan üçün bu nisbət 50% təşkil edir. Ağ Ev tariflərin tətbiqini Nyu Dehlinin Moskvadan neft alması və bununla da dolayısı ilə Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə sponsorluq etməsi ilə izah edib. The Wall Street Journal-ın qeyd etdiyi kimi, ABŞ-ın sanksiyaları Hindistanın Rusiyadan neft məhsullarının əsas idxalçısı olan Reliance Industries şirkətinə təsir etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular