Modern.az

Ermənistanda doğum və nikah azalıb, boşanma artıb

Ermənistanda doğum və nikah azalıb, boşanma artıb

Dünya

1 Sentyabr 2025, 14:58

Bu ilin birinci yarısında Ermənistanda 14 min 609 uşaq doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1007 nəfər azdır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin dərc etdiyi məlumatlarda bildirilib.

Altı ayda Ermənistanda 13 min 12 nəfər ölüb ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 58 nəfər azdır.

Əhalinin təbii artımı 1597 nəfər olub. Bu ilin birinci yarısında ölü doğulanların sayı azalıb. Ölü doğulanların sayı ötən ilin müvafiq dövründəki 229-a qarşı 197 olub.

Yanvar-iyun aylarında Ermənistanda 6 388 nikah qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3% azdır. Bununla belə, boşanmaların sayı artıb: ötən ilin yanvar-iyun aylarındakı 2220 boşanma halına qarşı 2352 boşanma qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular