Modern.az

Xəzər dənizi ilə bağlı vəziyyət acınacaqlıdır - TOKAYEV

Xəzər dənizi ilə bağlı vəziyyət acınacaqlıdır - TOKAYEV

Dünya

1 Sentyabr 2025, 19:20

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Çoxtərəfliliyin həyata keçirilməsi, regional təhlükəsizliyin təmin edilməsi və davamlı inkişafın təşviqi” şüarı ilə “ŞƏT Plus” formatında keçirilən sammitdə iştirak edib.

 

Modern.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti çıxışında əsas diqqəti iqlim gündəliyinə yönəldib. “Bu gün belə bir nüfuzlu forum çərçivəsində diqqətinizi çox incə, lakin ciddi bir mövzuya yönəltmək istəyirəm. Bu, Xəzər dənizi ilə bağlı acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır. Bu problem Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilərdi. Ona görə də bu gün təklif etdim ki, ŞƏT-in himayəsi altında Astanada Su Problemlərinin Təhlili Mərkəzi yaradılsın. Bu yaxınlarda BMT Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya ölkələri və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzi açılıb. Bu, bizim çoxtərəfli diplomatiya prinsiplərinə möhkəm sadiqliyimizi təsdiqləyir. Fürsətdən istifadə edərək, 2026-cı ilin aprelində BMT-nin tərəfdaşlığı ilə Astanada Regional Ekoloji Sammitinin keçirilməsi ilə bağlı qərar barədə bütün tərəfdaşları məlumatlandırıram”, – deyə Tokayev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular