Modern.az

Yanukoviç illər sonra "xortladı" - SƏBƏB

Yanukoviç illər sonra "xortladı" - SƏBƏB

Dünya

2 Sentyabr 2025, 11:58

Rusiya mediası ötən gün Ukraynanın sabiq prezidenti, hazırda ölkədən kənarda yaşayan Viktor Yanukoviçin yeni video-müraciətini yayıb.

Yanukoviç müraciətində iddia edib ki, prezidentliyi dövründə Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyası istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Onun sözlərinə görə, hətta son məqsədi ölkənin Aİ-yə üzvlüyü olub. Bununla belə, keçmiş prezident Aİ nümayəndələrini danışıqlar prosesində “qeyri-korrekt davranışda” günahlandırıb və Avropanı Ukraynanın iqtisadi çətinliklərini anlamamaqda ittiham edib.

Modern.az-ın məlumatına görə, Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) yayımladığı son hesabatda bildirib ki, Rusiya Yanukoviçin video-müraciətini məhz prezident Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitindəki çıxışı ilə eyni vaxta salıb. Analitiklərin fikrincə, bunun məqsədi Putinin Ukraynada hakimiyyət dəyişikliyi tələblərinə guya legitimlik qazandırmaqdır.

İnstutut qeyd edir ki, müraciətdə Yanukoviç Putinin Ukrayna barədə fikirlərini tam dəstəklədiyini söyləyib. Bu isə Kremlin koordinasiyalı informasiya kampaniyasının bir hissəsi təsiri bağışlayır.

Müxtəlif ekspertlər hesab edir ki, Kreml Yanukoviçin fiqurunu önə çəkməklə onu Ukraynanın “qanuni lideri” kimi təqdim etməyə çalışır. Lakin ISW vurğulayır ki, bu iddialar həqiqətə uyğun deyil. Çünki Yanukoviç 2014-cü ilin hadisələrindən sonra ölkəni tərk edib və Ukrayna o vaxtdan bəri dəfələrlə azad və demokratik seçkilər keçirərək siyasi kursunu təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular