ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda jurnalistlərə açıqlamasında Nobel sülh mükafatı ilə bağlı mövqeyini bildirib.
Modern.az xəbər verir ki, o, Nobel sülh mükafatını istəyib-istəməməsi barədə sualı cavablandırarkən “Yox” deyib və əlavə edib ki, onun yeganə arzusu gördüyü işlərə və nailiyyətlərinə ədalətli qiymət verilməsidir.
Trampın sözlərinə görə, ikinci prezidentlik müddətində onun səyləri nəticəsində dünyanın müxtəlif bölgələrində yeddi münaqişə dayandırılıb və qarşısı alınıb: “Belə bir uğura heç kim imza ata bilməyib. Amma nə var, odur,” – deyə o qeyd edib.
Avqustun ortalarında NBC telekanalı Ağ Ev rəsmisinə istinadla bildirib ki, Tramp əslində Nobel sülh mükafatını almağı çox istəyir, lakin bunu mümkün hesab etmir.