İranın Ermənistandakı səfiri Mehdi Sübhanini diplomatik fəaliyyəti başa çatıb.
Modern.az xəbər verir ki, bu münasibətlə o, Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.
Görüş zamanı ikitərəfli əlaqələr, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələr müzakirə olunub.
Qeyd edək ki, Sübhani vəzifədə olduğu müddətdə Azərbaycana qarşı təxribatçı açıqlamaları ilə yadda qalıb.