Modern.az

Tramp Ukrayna məsələsi ilə bağlı “maraqlı şeylər” öyrənib

Tramp Ukrayna məsələsi ilə bağlı “maraqlı şeylər” öyrənib

Dünya

2 Sentyabr 2025, 23:25

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı “maraqlı şeylər” öyrəndiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Oval ofisdə jurnalistin sualını cavablandıran zaman danışıb.

Tramp yaxın günlərdə bildiklərini paylaşacağına söz verib.

"Mən (Rusiya və Ukrayna müharibəsini - red.) çox yaxından izləyirəm. Maraqlı şeylər öyrəndim. Düşünürəm ki, yaxın bir neçə gün ərzində öyrənəcəksiniz", - deyə Tramp jurnalistlərə bildirib.

ABŞ lideri tezliklə müəyyən tədbirlərin görüləcəyini vəd edib.

Tramp hansı konkret addımların atılacağını açıqlamayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular