Modern.az

Tramp “Çin paradla ABŞ-a meydan oxuyur” mesajını RƏDD ETDİ

Tramp “Çin paradla ABŞ-a meydan oxuyur” mesajını RƏDD ETDİ

Dünya

3 Sentyabr 2025, 10:34

ABŞ prezidenti Donald Tramp Çindəki hərbi paradı “ABŞ-a meydan oxumaq” mesajı olaraq rədd etdiyini bildirib və “Çinin bizə ehtiyacı, bizim onlara olan ehtiyacımızdan çoxdur” deyib.

Modern.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlamasında Tramp bəzi ölkələrin, o cümlədən Çinin ABŞ-a qarşı beynəlxalq koalisiya yaratmağa çalışıb-çalışmadığı ilə bağlı suala Tramp "Qətiyyən yox. Çinin bizə ehtiyacı var" cavabını verib.

"Mən bunu görmürəm. Bildiyiniz kimi, mənim Çin prezidenti Cinpin ilə çox yaxşı münasibətim var", - Tramp deyib.

Tramp dünən bir radio proqramında Rusiya ilə Çin arasında formalaşa biləcək “güc oxundan narahat olmadığını” da vurğulayıb.

ABŞ-ın dünyanın ən güclü hərbi qüvvələrinə sahib olduğunu və bu ölkələrin heç vaxt ABŞ-a qarşı hərbi gücdən istifadə etməyəcəklərini deyən Tramp, “İnanın, bu onların edə biləcəkləri ən pis şey olardı” söyləyib.

Bununla yanaşı, Tramp Çin, Şimali Koreya və Rusiya liderlərini ABŞ-a qarşı sui-qəsddə ittiham edib:

"Prezident Si Cinpin və böyük Çin xalqı gözəl və davamlı bir bayram günü keçirsin. Xahiş edirəm, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In ABŞ-a qarşı sui-qəsd hazırlayarkən onlara ən səmimi salamlarımı çatdırın".

Pekində keçirlən paradda Çin yeni pilotsuz uçuş aparatları, kiber və elektron müharibə aparatları və hipersəs silahları da daxil olmaqla, yeni nəsil hərbi imkanlarını nümayiş etdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular