Modern.az

Kim Çen In Putinə “qardaş yardımı” edəcəyinə söz verdi

Kim Çen In Putinə “qardaş yardımı” edəcəyinə söz verdi

Dünya

3 Sentyabr 2025, 10:46

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində keçirilən hərbi paraddan sonra danışıqlar aparmaq üçün eyni avtomobilə əyləşiblər.

Modern.az xəbər verir ki, Kremlin saytı liderlərin maşına mindiklərini əks etdirən görüntüləri yayımlayıb.

Görüş zamanı Kim Çen In qeyd edib ki, Putinlə danışmaq fürsəti əldə etdiyinə görə şad olub. O, keçən il Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalandıqdan sonra ölkələr arasında əməkdaşlığın inkişaf etdiyini qeyd edib və Şimali Koreyanın Rusiyaya “qardaş” yardımı edəcəyinə söz verib.

Öz növbəsində Putin Moskva ilə Pxenyan arasında münasibətlərin xüsusi xarakter daşıdığını vurğulayıb. O qeyd edib ki, Koreya hərbçiləri bir hissəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən zəbt olunan Kursk vilayətində cəsarətlə və qəhrəmancasına döyüşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular