Modern.az

Qriqoryan Tehrandan sonra Parisə gedir

Qriqoryan Tehrandan sonra Parisə gedir

Dünya

3 Sentyabr 2025, 13:26

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə səfər edəcək.

Modern.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

“Səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır”, - Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.

Xatırladaq ki, avqustun 29-da Qriqoryan İrana səfər edib və İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə danışıqlar aparıb. O, İran tərəfini avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərlə tanış edib. Erməni rəsmini İran prezidenti Məsud Pezeşkian da qəbul edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular