Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında baş tutan görüşdən sonra maraqlı video yayılıb.
Modern.az xəbər verir ki, Kreml jurnalisti Aleksandr Yunaşevin paylaşdığı videoda Kim Çen İni müşayiət edən əməkdaşların onun toplantı zalında iştirakı ilə bağlı bütün izləri diqqətlə sildiyi görünür.
Jurnalistin sözlərinə görə, Şimali Koreya nümayəndələri Kim Çen Inın içdiyi stəkanı götürüb, əyləşdiyi kreslonun üzlüyünü və onun toxunduğu mebel hissələrini səliqə ilə təmizləyiblər.
Qeyd edək ki, Putin və Kim Çen Inın nümayəndə heyətləri ilə apardıqları danışıqlar 1,5 saatdan çox davam edib. Görüşdən sonra iki lider təkbətək söhbətlərini davam etdiriblər.