Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən bayram mərasimində əl sıxışsalar da, onların arasında heç bir əsaslı ünsiyyət olmayıb.
Modernaz xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, Çində keçirilən parad başlamazdan öncə Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və xanımı Mehriban Əliyevanı salamlayıb.
Görüntüləri təqdim edirik: