Modern.az

“ChatGPT”də problem yarandı

“ChatGPT”də problem yarandı

Dünya

3 Sentyabr 2025, 15:06

“ChatGPT” süni intellekt çat-botunun işində problem yaranıb. 

Modern.az xəbər verir ki, bu barədə məlumat internet resurslarının fəaliyyətini izləyən “Downdetector” portalında yer alıb. 

Məlumata əsasən, çat-botun işində problem yaranması ilə bağlı ən çox şikayət (2,7 mindən çox) Niderlanddan gəlib. İstifadəçilərin 82 faizi “ChatGPT”nin özünün, 15 faizi isə saytın işində xəta ilə üzləşdiklərini bildiriblər. İstifadəçilərin 3 faizi isə tətbiqə daxil olmaqda çətinlik çəkib. 

Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Yaponiya və digər ölkələrdə çat-botun işində problem qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular