Modern.az

“Kızılelma” yenidən səmada - GÖRÜNTÜLƏR

“Kızılelma” yenidən səmada - GÖRÜNTÜLƏR

Dünya

3 Sentyabr 2025, 15:13

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar Kızılelma" pilotsuz təyyarəsi növbəti dəfə sınaqdan keçirilib.

Modern.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Pilotsuz təyyarə aqressiv dırmanış və manevr testlərini uğurla tamamlayıb.

"Baykar" şirkətinin öz imkanları ilə istehsal etdiyi "KızılElma" insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. 6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək. "KılzılElma"nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsinin Türkiyə şirkətləri tərəfindən inşa edilən "TCG Anadolu" gəmisində əməliyyatlar icra edəcəyi nəzədə tutulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular