Modern.az

Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN

Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN

Dünya

3 Sentyabr 2025, 18:03

Zelenski ilə görüş ehtimalını heç vaxt istisna etməmişəm.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında bildirib.

Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə, Moskvaya dəvət edib.

"Əgər Zelenski hazırdırsa, o zaman Moskvaya gəlsin. Görüş baş tutacaq", - Putin deyib.

O, Zelenskini Ukraynanın “hazırkı administrasiyasının rəhbəri” adlandırıb.

"Ümumiyyətlə, mən belə bir görüşün mümkünlüyünü heç vaxt istisna etməmişəm. Bu görüşlərin bir mənası varmı?", - Putin bildirib.

Putin Trampın ondan Zelenski ilə görüşməsini xahiş etdiyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular