Modern.az

Putin ölümsüz olmaq istəyir?

Putin ölümsüz olmaq istəyir?

Dünya

3 Sentyabr 2025, 23:29

Pekində keçirilən II Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad zamanı maraqlı an yaşanıb.

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin yanaşı addımlayarkən onların qeyri-rəsmi söhbəti kameralara düşüb.

Söhbət zamanı Putinlə Sinin orqan transplantasiyası və insanların ömür uzunluğunun 150 ilə qədər uzanması barədə müzakirə apardıqları eşidilib.

Putinin tərcüməçisi kameraya düşən kadrda Çincə “biotexnologiyalar sürətlə inkişaf edir, insan orqanları davamlı şəkildə köçürülə bilər, ömür uzandıqca insan cavan qalır, hətta ölümsüzlüyə nail olmaq mümkündür” deyib. Si Cinpin isə cavabında “bəziləri proqnozlaşdırır ki, bu əsrdə insanlar 150 ilə qədər yaşaya biləcək” sözlərini səsləndirib.

Kadrda onların yanında addımlayan Şimali Koreya lideri Kim Çen In da gülümsəyərək söhbəti izləyib. 

Hadisə Çinin dövlət televiziyası CCTV-nin canlı yayımına düşüb və sonradan CGTN, AP, Reuters kimi media orqanlarında da yayımlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular