Modern.az

Portuqaliyada faciə - 15 nəfər öldü

Portuqaliyada faciə - 15 nəfər öldü

Dünya

4 Sentyabr 2025, 00:09

Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyoru relsdən çıxıb.

Modern.az xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Ölənlər arasında əcnəbi vətəndaşların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər qrupu cəlb olunub.

Milli Təcili Tibbi Yardım İnstitutunun (INEM) məlumatına görə, yaralılardan ən azı beşinin vəziyyəti ağırdır.

Qəzanın səbəbi hazırda məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular