Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə Parisdə görüşü zamanı deyib ki, Avropa ölkələri Rusiya ilə sülh sazişi imzalanan gün Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Modern.az xəbər verir ki, “RBC-Ukrayna”nən məlumatına görə, Maktron bildirib:
"Biz avropalılar sülhün imzalandığı gün Ukraynaya zəmanət verməyə hazırıq. Bu, Vaşinqtonda da deyilib. Qarşımıza qoyulan işlər görülüb və bu gün biz deyə bilərik: biz bu sazişlərə siyasi dəstək verməyə hazırıq".
Onun sözlərinə görə, Vaşinqtondakı danışıqlardan sonra müttəfiqlər Ukraynada sabit sülh şəraitini təmin etməyə hazırdırlar.
"İndi hər şey Rusiyadan asılıdır, onun Amerikada sülh təklif etdiyi şərtlərə hazır olub-olmamasından asılıdır", - Fransa prezidenti qeyd edib.
Daha əvvəl, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında görüş keçirilib. Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər.
Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdəki görüşdən sonra bildirib ki, zəmanətlərin təfərrüatlarının 10 gün ərzində razılaşdırılması planlaşdırılır. Lakin sonradan müddətlər daha bir həftə geri çəkildi.
Avqustun 25-də ABŞ prezidenti Donald Tramp açıq şəkildə əmin etdi ki, Avropa əhəmiyyətli zəmanətlər verəcək və ABŞ bu zəmanətləri dəstəkləyəcək.